AFFA-nın baş katibindən UEFA-ya dəstək
22.09.2011 - 11:45
Kiprdə UEFA-ya üzv olan milli assosiasiyaların rəhbərləri ilə görüşlər çərçivəsində növbəti addım atılıb. Apasport.az saytının məlumatına görə, 53 ölkə təmsilçiləri məşhur “Syon” məsələsinə münasibət bildiriblər. Tədbirdə bu məsələ ilə bağlı bəyannamə qəbul olunub.
Tədbirdə baş katib Elxan Məmmədovun simasında təmsil olunan AFFA da digər 52 assosiasiya kimi bu sənəddə UEFA-ya dəstək verib. Belə ki, bütün assosiasiyalar yekdil olaraq, Mişel Platininin rəhbərlik etdiyi quruma haqq qazandırıb.
Məsələ ondadır ki, Avroliqanın IV təsnifat mərhələsində “Seltik”i (Şotlandiya) keçən “Syon” (İsveçrə) bu matçlarda sifariş olunmayan futbolçulardan istifadə etmişdi. Bunu nəzərə alan UEFA matçların nəticələrini ləğv edib, isveçrəlilərə texniki məğlubiyyət vermişdi.
“Seltik” bu yolla qrup mərhələsinə çıxsa da, “Syon” haqqını məhkəmələrdə qorumaq üçün əlindən gələni edərək istəyinə müəyyən mənada nail oldu. Məhkəmə UEFA-nın haqsız sayaraq klubun qrup mərhələsinə qatılmasını tələb etdi.
Lakin UEFA öz qaydalarını pozmayaraq, “Seltik”in Avroliqada oynamasına əngəl olmadı. Bu çəkişmənin hələ davam edəcəyini düşünən UEFA bu səbəbdən üzvlərindən dəstək almağı zəruri sayıb.

0
0