Qonşuları üz-üzə qoyan tur
22.09.2011 - 11:57
Qonşuları üz-üzə qoyan tur
Sabah Azərbaycan Premyer Liqasında VII tura start veriləcək. Apasport.az saytının məlumatına görə, bu dəfə cümə günü start götürəcək turun ilk günündə 3 matç baş tutacaq.

Elə liderlər də meydana sabah çıxacaqlar. Lakin bu matçlar zirvədəki “Xəzər Lənkəran”ın mövqeyinə təsir etməyəcək. Turu qonşuların duelləri kimi də qiymətləndirmək olar. Belə ki, aralarında 2 klubun qərarlaşdığı “Neftçi” – “Bakı” cütü istisna olmaqla, digər cütlər ya turnir cədvəlində qonşudur, ya da 1 pillə intervalı ilə qərarlaşıb. Ümumilikdə isə ilk “altılıq”dakılar bir-biri, 2-cidəkilər isə bir-biri ilə görüşəcək.

Öncə meydana problemi olan klublar çıxacaq. Ciddi maliyyə problemləri ilə üz-üzə olan “Turan” hələ də qələbə həsrətində olan və bu üzdən baş məşqçisini də dəyişən “Rəvan”ı sınağa çəkəcək. Ardınca ev oyunlarını Respublika stadionunda keçirənlərin paytaxt derbisi baş tutacaq. Turnir cədvəlində hələlik 2-ci olan “Bakı” bu pillənin potensial sahibi “Neftçi”ni sınağa çəkəcək. Bu, həm də Böyükağa Hacıyevin sabiq komandasına qarşı dueli olacaq.

Belə ki, “Bakı” tarixində ilk qızıl medalları məhz onun rəhbərliyi altında qazanıb. Ardınca isə paytaxtın eyni adlı təmsilçisinə şərik olan “Qəbələ” lider qarşısında imtahan verəcək. Mövsümdə məğlub olmayan yeganə komanda olan “Xəzər Lənkəran” ən yaxın izləyicilərindən birini də itkisiz keçməyə çalışacaq.

Şənbə günü autsayderlər sırasında qərarlaşan 2 komandanın görüşü ilə başlayacaq. İlk qələbəsini ötən tur əldə edən “Simurq” Premyer Liqanın debütantının qonağı olacaq. Digər debütant “Rəvan” kimi qələbə həsrətində olan “Sumqayıt Şəhər” ilkə imza atmağa çalışacaq.

Sonrakı 2 matçda isə demək olar qonşular mübarizə aparacaq. Əvvəl turnir cədvəlində ilk “altılığ”ın astanasında olan AZAL və “Qarabağ” üz-üzə gələcək. Mövsümə yaxşı başlayan hər 2 komanda son turlardakı qələbəsizliyə son qoymaq niyyətindədir.

Aralarında cəmi 1 xal fərqi olan “İnter”lə “Kəpəz”i də müəyyən mənada qonşu saymaq olar. Cari mövsüm o qədər də stabil çıxış etməyən bu 2 komandanın dueli turun son matçı olacaq.

23 sentyabr (cümə)

16:00. "Turan" - "Rəvan"
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Rza Məmmədov, İnqilab Məmmədov
Tovuz şəhər stadionu

18:00. "Neftçi" - "Bakı"
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

18:30. "Xəzər Lənkəran" - "Qəbələ"
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Vaqif Musayev, Əliyar Ağayev
Lənkəran şəhər mərkəzi stadionu

24 sentyabr (şənbə)

15:00. "Sumqayıt Şəhər" - "Simurq"
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

18:00. AZAL - "Qarabağ"
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov
"AZAL Arena" stadionu

19:00. "İnter" - "Kəpəz"
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov
"Şəfa" stadionu

1
Xəzər Lənkəran
6
5
1
0
11-3
16
2
Bakı
6
3
2
1
8-5
11
3
Qəbələ
6
3
2
1
6-5
11
4
İnter
6
3
1
2
5-5
10
5
Neftçi
5
3
0
2
8-4
9
6
Kəpəz
6
3
0
3
13-12
9
7
AZAL
6
2
2
2
9-9
8
8
Qarabağ
5
2
1
2
3-3
7
9
Turan
6
2
0
4
6-9
6
10
Simurq
6
1
2
3
5-8
5
11
Rəvan
6
0
3
3
6-9
3
12
Sumqayıt Şəhər
6
0
2
4
2-10
2


Bombardirlər: Sergey Artux (Turan), Yuri Fomenko (Kəpəz) – 4.