Seçim qarşısında: “Xəzər Lənkəran”, yoxsa “Neftçi”?
22.09.2011 - 12:03
Premyer Liqanın VII turunun 3 oyunu televiziya vasitəsi ilə canlı yayımlanacaq. Apasport.az saytının məlumatına görə, sabah keçiriləcək qarşılaşmalardan 2-si azarkeşlərə nümayiş olunacaq.
Telekanallar fanatları seçim qarşısında qoyacaq. Çünki 2 mərkəzi oyun təxminən eyni vaxtda başlayacaq.
Tamaşaçılar saat 18:00-da başlayan “Neftçi” – “Bakı” oyununu AzTV ilə izləyə bilərlər. Lakin cəmi yarım saatdan sonra start götürəcək “Xəzər Lənkəran” – “Qəbələ” qarşılaşması onları sualla üz-üzə qoyacaq: Hansı oyuna baxmalı? Belə ki, liderin oyunu "İdman Azərbaycan"la yayımlanacaq.
Sentyabrın 24-də isə autsayderlər qrupunda yer alanların iştirakı ilə baş tutacaq "Sumqayıt Şəhər" - "Simurq" görüşü yayımlanacaq. Bu matç saat 15:00-dan "İdman Azərbaycan" kanalı ilə göstəriləcək.

0
0