Berti Foqts: Mənimlə yeni müqavilə barədə danışmaq istəmirlər
22.09.2011 - 12:15
Berti Foqts: Mənimlə yeni müqavilə barədə danışmaq istəmirlər
Berti Foqts Azərbaycan yığması ilə müqavilənin uzadılıb-uzadılmaması məsələsinə münasibət bildirib. Apasport.az saytının məlumatına görə, AFFA ilə müqaviləsinin gələn ilin yanvarında başa çatacağını söyləyən almaniyalı mütəxəssis anlaşmanın artırılmasından xəbərsiz olduğunu deyib: “Hələ ki, mənimlə bu haqda danışan olmayıb və deyəsən, danışmaq fikirləri də yoxdur”.

Azərbaycanlı futbolçuların beynəlxalq təcrübəsinin azlığından şikayətlənən Foqts xaricdə çıxış edən həmyerlilərimizin sayının çox az olduğunu deyib: “Bu, Azərbaycan üçün problemdir. Futbolçular ölkələrində digər vətəndaşlarla müqayisədə yaxşı qazandığından başqa yerə getmək istəmirlər. Mən futbolçulara öz layiqli işlərinə görə pul verilməsini istəyirəm, amma bunun qarşısını alanlar çoxdur”.