“Neftçi” ilə oyun öncəsi “Bakı”da ciddi itki
22.09.2011 - 13:35
Premyer Liqanın VIII turunda “Neftçi” ilə görüşəcək “Bakı” klubu ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Aleksandr Starkov təcrübəli müdafiəçi Stevan Batesin xidmətindən məhrum olub.
Zədədən əziyyət çəkən serbiyalının “Neftçi” ilə görüşdə iştirakı gözlənilsə də, həkimlər buna icazə verməyiblər. 30 yaşlı müdafiəçinin yoxluğunda baş məşqçinin Aleksey Savinova güvənəcəyi gözlənilir. Bateslə yanaşı, Fabio Luis Ramim də “zolaqlılar”a kömək etmək iqtidarında deyil.
Əvəzində Evlin Məmmədovun dönüşü məşqçilər korpusunu sevindirir. AFFA tərəfindən Türkiyədə müalicə alan yarımmüdafiəçinin oynamasında heç bir problem qalmayıb.
Qeyd edək ki, “Neftçi” - “Bakı” matçı sabah Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılacaq.

0
0