Olmayan milli komandamız reytinqdə 2 pillə irəlilədi
23.09.2011 - 14:16
Olmayan milli komandamız reytinqdə 2 pillə irəlilədi
FİFA qadın milli komandalarının reytinq siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, hesabında 1341 xal olan Azərbaycan yığması 70-ci pillədə qərarlaşıb.

Hər 3 aydan 1 açıqlanan reytinqdə millimiz 2 pillə irəliləyib. DÇ-2011-in seçmə mərhələsindəki uğursuz, biabırçı çıxış üzündən fəaliyyətini dayandıran yığmamız mövcud olmaya-olmaya irəliləyişə nail olub.

Qeyd edək ki, 132 yığmanın yer aldığı reytinqə ilk 3 pilləni ABŞ (2152), Almaniya (2146) və Braziliya (2121) yığmaları tutur. Onlar növbəti reytinqin açıqlanacağı 23 dekabr tarixinə kimi zirvədə qalacaqlar.