“Qiyamçılar” “Turan”dan qovulur!
23.09.2011 - 14:59
Maaşlarını almayacaqları təqdirdə Premyer Liqanın VII turu çərçivəsində bu gün “Rəvan”la görüşə çıxmayacaqlarını iddia edən “Turan” klubunun futbolçuları fərqli qərara gəliblər. Apasport.az saytının xəbərinə görə, bu dəqiqələrdə debütantla görüşə çıxacaq Tovuz təmsilçisinin üzvləri matçdan sonra paytaxta yollanacaqlar.
Artıq komandanın heyətində meydana çıxacaq futbolçuların adları müəyyənləşib. Maraqlıdır ki, əsas heyətin 2 üzvü qarşılaşmada iştirak etməyəcək. Arxada qalan 6 turun hamısında meydana ilk “11-lik”də çıxan Aftandil Hacıyevin adı oyunu protokolunda yoxdur.
Zədəli və cəzalı olmayan müdafiəçinin hansı səbəbdən komandaya kömək etmədiyi açıqlanmır. Hacıyevin bu addımı etiraz əlaməti olaraq atdığı bildirilir. Çünki futbolçu axşam keçirilən məşqə qatılsa da, adının matçın protokoluna salınmamağını başqa cür izah etmək çətindir.
Digər “qiyamçı” isə gürcüstanlı legioner Georgi Beriaşvilidir. O, “Bakı” ilə görüşün 58-ci dəqiqəsində meydana çıxsa da, Aftandil kimi onun da adı oyunun protokoluna daxil edilməyib.
Aldığımız məlumata görə, həmin futbolçular yaxın günlərdə komandadan qovulacaq.
“Turan” “Rəvan”la matça bu “11-lik”də çıxacaq: Anar Nəzirov, Ayxan Abbasov, Ramal Hüseynov, Nadir Nəbiyev, Hafiz Əliyev, Ruslan Abbasov, Sergey Artyux, Aleksandr Dubilyeviç, Zura Dzamsaşvili, Rudison Ferreyra, Cavid Tağıyev

0
0