Əsgər Abdullayev istefa verdi: Sağ olun, mən getdim
23.09.2011 - 17:25
Azərbaycan Premyer Liqasının cari mövsümündə 2-ci baş məşqçi istefası rəsmiləşib. Apasport.az saytının məlumatına görə, Əsgər Abdullayev “Turan”ın baş məşqçi postunu tərk edib. O, “Rəvan”la bugünkü qarşılaşmadan (0:1) sonra komandadan ayrılıb.
Abdullayev matçdan sonra mətbuat konfransının keçirildiyi salona daxil olaraq, jurnalistlərlə vidalaşıb: “Heç bir suala cavab verməyəcəm. Sağ olun, mən getdim”.
Klub prezidenti Musa Süleymanovla münasibətlərində soyuqluq olan təcrübəli mütəxəssis artıq neçə turdur komandanı meydana çətinliklə çıxarırdı. Belə ki, onlar arasındakı problem klubda maliyyə probleminin üzə çıxması ilə nəticələnib. Təbii ki, bunun nəticəsi kimi, “Turan” 7 matçda cəmi 6 xal qazanıb.
Qeyd edək ki, Premyer Liqada mövsümün ilk istefası “Rəvan”da gerçəkləşmişdi. Debüt matçında Tovuzda qələbə qazanan Vladislav Qədirov Bəhmən Həsənovu əvəzləmişdi.

0
0