“Bunadək futbolçular bir-birini başa düşmürdülər”
23.09.2011 - 17:50
“Komandamız mövsümdə ilk qələbəsini qazandı. Buna qədər futbolçular meydanda bir-birini yaxşı başa düşmürdülər, qalib gələ bilmirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirov deyib.
O, Premyer Liqanın VII turunun “Turan”la oyunu haqda fikirlərini açıqlayıb. Qədirov 4 aylıq fasilədən sonra bu posta qayıdışını qələbəylə (1:0) qeyd etməkdən məmnun qalıb: “Artıq futbolçular bir-birini başa düşməyə başlayırlar. İstərdim ki, Bakıdakı oyunlarda da qalib gələk. Futbolçularımı ilk qələbə münasibəti ilə təbrik edirəm”.

0
0