“Turan”ı növbəti matçda meydana çıxaracaq “məşqçi” – FOTO
23.09.2011 - 23:02
“Turan”ı növbəti matçda meydana çıxaracaq “məşqçi” – FOTO
Əsgər Abdullayevin istefasından sonra “Turan” baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Tovuz təmsilçisini VIII turun matçına kimin çıxaracağını indidən ehtimal etmək olar.

Çünki baş məşqçisiz qalmaq “Turan” üçün artıq adi haldır və klub rəhbərliyi çıxış yolunu da yaxşı bilir. Tovuzluların əvəzedici komandası hələ V turdan başsız qalmışdı. Həmin vaxt bu posta 1 oyunluq yiyələnən Ramin Əliyev də vəzifəsini tərk etmişdi. Ardıcıl 2 turdakı 2 baş məşqçi istefasından sonra isə VI turda “Turan”ı meydana... komandanın kapitanı Fərman Kərimov çıxarmışdı.

Əgər Süleymanovun kapitanlara baş məşqçi, ən azı məşqçi gözüylə baxmağı bacardığını nəzərə alsaq, “Turan”ı VIII tura çıxaracaq mütəxəssisin də kimliyi məlum olar. Axı əsas komandanın kapitanı Ramal Hüseynovdur.

Etiraf edək ki, cari mövsüm “Turan”da baş verənlərdən sonra özündən qat-qat təcrübəsiz olan Fərman kimi, Ramalın da məşqçilik etməsi heç kimi təəccübləndirməz.