Futbolçular da “Turan”ı tərk etdilər
23.09.2011 - 19:01
“Rəvan”la oyundakı məğlubiyyətdən sonra “Turan” klubunun futbolçuları əvvəlcədən verdikləri sözə əməl ediblər. Apasport.az saytının xəbərinə görə, maliyyə problemi yaşayan əyalət təmsilçisinin üzvləri də baş məşqçi Əsgər Abdullayevin istefasından sonra komandanı tərk ediblər. Artıq bütün oyunçular yerli azarkeşlərlə vidalaşaraq, Tovuzdan ayrılıblar.
0
0