“Yeganə məşqçiyəm ki, heyətə yeni futbolçu transfer etməmişəm”
23.09.2011 - 20:18
“Yeganə məşqçiyəm ki, heyətə yeni futbolçu transfer etməmişəm”
“Oyundan razı qaldım. Qarşılaşmanın taleyini bir qol həll etdi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev deyib.

O Azərbaycan Premyer Liqasının VII turunun “Bakı” ilə oyununda qazandıqları 1:0 hesablı qələbəyə münasibət bildirib: “Daha çox hərəkətdə olsaydıq, bir neçə qol vura bilərdik. Komanda standart vəziyyətdən qol vurursa, bu ev tapşırığıdır. “Bakı” yaxşı komandadır. Çempionluq yarışında əsas rəqiblərimizdəndir. Xallarımızı 12-yə yüksəltdik, “Xəzər Lənkəran”ı daban-dabana izləyirik. Yeganə məşqçiyəm ki, heyətə yeni futbolçu transfer etməmişəm. Ancaq dekabrda yeni transferlərimiz olacaq”.