Aleksandr Starkov: Futbolçularımı təbrik edirəm
23.09.2011 - 20:23
Aleksandr Starkov: Futbolçularımı təbrik edirəm
“Gərgin qarşılaşma oldu. Qola qədər bərabər səviyyəli oyun gedirdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Bakı”nın baş məşqçisi Aleksandr Starkova məxsusdur.

Latviyalı mütəxəssis “Neftçi”yə 0:1 hesabı ilə uduzmalarını bəxtsizliklə əlaqələndirib: “Bəxt bizim tərəfdə olmadı. Qapımızdan qol buraxdıq. 100 faizlik qol imkanlarından yararlana bilmədik. Son çempiona qarşı yaxşı oynadıqlarına görə oyunçularımı təbrik edirəm”.