Toni Adamsdan etiraf
23.09.2011 - 20:28
Toni Adamsdan etiraf
“Yaxşı oyun alındı. İkinci hissədə birinciyə nisbətən daha yaxşı oynadıq”. Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssis bu gün “Xəzər Lənkəran”la matçdan sonra mətbuat konfransında rəqiblərindən zəif olduqlarını etiraf edib: “Komandamdan razı qaldım. Oyun göstərdi ki, biz “Xəzər Lənkəran” və “Neftçi”dən geri qalırıq. Oyunumuzu düzəltməyə çalışacağıq”.

Qeyd edək ki, “Xəzər Lənkəran” – “Qəbələ” matçı 2:1 hesabı ilə başa çatıb.