Mirça Rednik: Bundan sonra danışmaq asandır
23.09.2011 - 20:32
Mirça Rednik: Bundan sonra danışmaq asandır
“Qələbə qazandıqdan sonra danışmaq asandır. Lakin oyun asan olmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssis “Qəbələ”yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra yetirmələrindən razı qaldığını bildirib: “Qəbələ” bizə çətinlik yaşatdı. Komandamdan razı qaldım. “Qəbələ” klubuna uğurlar arzulayıram”.