“Neftçi”nin qoçuları Elvin Əliyevin qanını tökdü
23.09.2011 - 22:04
Premyer Liqanın VII turu çərçivəsində baş tutan "Neftçi" - "Bakı" matçından sonra qalmaqal düşüb. Apasport.az saytının xəbərinə görə, görüşün final fiti verildikdən sonra “Bakı”nın futbolçusu Elvin Əliyev “ağ-qaralar”ın mühafizəçiləri tərəfindən döyülüb.
Sifətindən güclü zərbələr alan futbolçunun qanı tökülüb. Xoşagəlməz olaydan sonra "Neftçi"nin bazasında klub prezidenti Sadıq Sadıqov və "Bakı"nın vitse-prezidenti Zeynal Məmmədovla yanaşı hər iki klub rəsmilərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə Elvin Əliyevin "Neftçi"nin mühafizəçiləri tərəfindən döyülməsi məsələsi müzakirə olunub. Elvini döyən mühafizəçi də həmin görüşdə iştirak edib və zərərçəkəndən üzr istəyib.
Sadıqov baş verən hadisə ilə bağlı "Bakı" klubuna üzrxahlığını bildirib və belə halların bir daha təkrarlanmayacağını vurğulayıb. Klub prezidenti sonda Elvini döyənlərin də cəzalandırılacağını əlavə edib.

0
0