Tevesə millidə yer tapılmadı
23.09.2011 - 23:07
Tevesə millidə yer tapılmadı
Futbol üzrə Argentina milli komandasının baş məşqçisi Alexandra Sabelya Çili və Venesuela ilə keçirəcəkləri 2014-cü il dünya çempionatının seçmə qrup matçları üçün heyəti açıqlayıb. O, İngiltərənin "Mançester Siti" klubunun forvardı Karlos Tevesə dəvət göndərməyib. Əvəzində İtaliya "Cenoa"sında çıxış edən hücumçu Rodriqo Palasios 2008-ci ildən sonra ilk dəfə milliyə çağırılıb.

Ümumiyyətlə, Argentina yığmasına 24 oyunçu - 2 qapıçı, 8 müdafiəçi, 8 yarımmüdafiəçi, 6 hücumçu çağırılıb. Argentina Çilini oktyabrın 7-də Buenos-Ayresdə qəbul edəcək, oktyabrın 11-də isə Venesuelanın qonağı olacaq. Bu görüşlər öncəsi - sentyabrın 29-da Sabelyanın komandası Braziliya ilə yoldaşlıq matçına çıxacaq. Lakin bu qarşılaşmada yalnız Cənubi Amerika klublarında oynayan futbolçular forma geyinəcəklər.