“Qarabağ” uğursuzluğa son qoydu
24.09.2011 - 19:53
“Qarabağ” uğursuzluğa son qoydu
Bu gün keçirilən 3 oyunla Premyer Liqada VII tura yekun vurulub. Apasport.az saytının xəbərinə görə, əvvəlcə çempionatın autsayderləri Sumqayıtda üz-üzə gəliblər.

Gənclərdən qurulan "Sumqayıt Şəhər" ilk qələbəsini qazanmaq üçün yaxşı imkana malik idi. Amma meydan sahibləri "Simurq"la matçda nəinki 3, heç 1 xal da qazana bilməyib.

"Uğursuzluq zolağı"nda olan "Qarabağ" daha bir çətin oyuna çıxıb. Son 2 ev oyununda məğlubiyyətlə üzləşən, üstəlik, səfərdə "Sumqayıt Şəhər"in müqavimətini qıra bilməyən ağdamlılar bu dəfə AZAL-ın qonağı olub.

Oyun “Qarabağ”ın erkən qol buraxması ilə başlasa da, az sonra avtoqol sayəsində hesab bərabərləşib. Qalan dəqiqələrdə Adamiyanın dublu “Qarabağ”ı böhrandan çıxarıb.

Həftənin son oyunu "Şəfa"da "İnter"lə "Kəpəz" arasında keçirilib. Bu qarşılaşmada qapılara top vurulmayıb və gəncəlilər paytaxt səfərindən 1 xalla qayıdıblar.

24 sentyabr

“İnter” – “Kəpəz” - 0:0
Hakimlər: Rəhim Həsənov, Aleksandr Musatkin, Knyaz Əmiraslanov, Fariz Yusifov.
Bakı. "Şəfa" stadionu.

AZAL – “Qarabağ” - 1:3
QOLLAR: Giorgi Bogihu, 3 - Bronislav Arsenyeviç, 15 (öz qapısına), Georgi Adamiya, 20; 77
QIRMIZI VƏRƏQƏ: Adamiya, 82 (ikinci sarı vərəqə)
Hakimlər: Anar Salmanov, Azər Əsgərov, Elşən Acalov, Rauf Cabbarov.
Bakı. "AZAL Arena" stadionu.

“Sumqayıt Şəhər” – “Simurq” - 0:1
QOL: Robertas Poşkus, 10
Hakimlər: Vüsal Əliyev, Zeynal Zeynalov, İsgəndər Əliyev, Ramil Əhmədov.
Sumqayıt. M.Hüseynzadə adına şəhər stadionu (canlı, "İdman Azərbaycan").


23 sentyabr (cümə)

"Xəzər Lənkəran" - "Qəbələ" - 2:1
QOLLAR: Antonio Samedo, 40; Elnur Abdullayev, 63 - Lyuba Baranin, 68
Hakimlər: Ramil Diniyev, İlham Əliyev, Vaqif Musayev, Əliyar Ağayev
Lənkəran şəhər mərkəzi stadionu

"Neftçi" - "Bakı" - 1:0
QOL: Denis Silva, 87
Hakimlər: Elçin Məmmədov, Mehman Mahmudov, Rahil Ramazanov, Orxan Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

"Turan" - "Rəvan" - 0:1
QOL: Reis Klaudinei, 60
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Rza Məmmədov, İnqilab Məmmədov
Tovuz şəhər stadionu

 
Komanda
O
Q
H
M
Qollar
Xallar
1
Xəzər Lənkəran
7
6
1
0
13-4
19
2
Neftçi
6
4
0
2
9-4
12
3
Bakı
7
3
2
2
8-6
11
4
Qəbələ
7
3
2
2
7-7
11
5
İnter
7
3
2
2
5-5
11
6
Qarabağ
6
3
1
2
6-4
10
7
Kəpəz
7
3
1
3
13-12
10
8
AZAL
7
2
2
3
10-12
8
9
Simurq
7
2
2
3
6-8
8
10
Rəvan
7
1
3
3
7-9
6
11
Turan
7
2
0
5
6-10
6
12
Sumqayıt Şəhər
7
0
2
5
2-11
2


Bombardirlər: Sergey Artux (Turan), Yuri Fomenko (Kəpəz) – 4.