“Bakı” futbolçusunun döyülməsi ilə bağlı bəyanat yaydı
23.09.2011 - 23:21
“Bakı” futbolçusunun döyülməsi ilə bağlı bəyanat yaydı
"Bakı" Premyer Liqanın VII turunun "Neftçi" ilə qarşılaşmasından sonra Elvin Əliyevin zorakılığa məruz qalması ilə bağlı yayılan xəbərlərlə bağlı rəsmi bəyanat yayıb. Apasport.az-ın klubun saytına istinadən məlumatına görə, bəyanatda olaydan dərhal sonra klub rəhbərlərinin bir araya gələrək yaşanan hadisələri analiz edib və münasibət bildirdikləri vurğulanır: “Oyundan sonra yaşanan olaylar bizi üzdü. Futbolçumuzun təzyiqə məruz qalması idman prinsiplərinə yad, Azərbaycan idmanına yaraşmayan hərəkət kimi dəyərləndirildi. Olaydan dərhal sonra klub rəhbərləri bir araya gələrək oyundan sonra yaşanan hadisələri analiz edib və münasibət bildiriblər. Hadisənin anlaşılmazlıqdan yarandığı təsdiqini tapıb, tərəflər bütün məsələlərə aydınlıq gətiriblər.

"Bakı" futbol klubu "Neftçi" rəhbərliyinin səmimiyyəti və operativ reaksiyası nəticəsində klub rəhbərliyinin üzrhaqlığını və günahkarların aşkaqlanaraq cəzalanacağı vədini qəbul edir. Qarşılaşmadan sonra yaşanan halların bir daha təkrarlanmamağı ümidi ilə məsələnin bağlandığını bildiririk”.