Vaqif Cavadovun komandası MOİK-ə uduzdu
24.09.2011 - 20:10
Vaqif Cavadovun komandası MOİK-ə uduzdu
Millimizin hücumçusu Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” klubu bu gün Rusiya Premyer Liqasında növbəti görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, Nijni Novqorod təmsilçisi XXV tur çərçivəsində Moskvada MOİK-in qonağı olub.

Matçın favoriti olan paytaxt komandası azarkeşlərini erkən qolla sevindirib. 6-cı dəqiqədə Dumbiya qonaqları cəzalandırıb. Amma Vaqifin komandası 11 dəqiqə sonra Bibilovun dəqiq zərbəsi ilə tarazlığı bərpa ediblər.

Buna baxmayaraq, meydan sahibləri qələbəni bayram ediblər. İkinci hissədə rəqibin azlıqda qalmasından yararlanan MOİK Dzaqoev və İqnaşeviçin qolları ilə “Volqa”nı məğlubiyyətə uğradıb.

Vaqif isə oyunu ehtiyat oyunçular skamyasından izləyib.

MOİK - Volqa - 3:1
Dumbiya, 6; Dzaqoev, 68; İqnaşeviç, 84 (pen) - Bibilov, 17
Qırmızı vərəqə: Qetiqejev, (Volqa, 49)