Qurban Qurbanov: Vərəqələrin sayını azaltmaq lazımdır
24.09.2011 - 19:46
Qurban Qurbanov: Vərəqələrin sayını azaltmaq lazımdır
"Maraqlı oyun alındı. Bu qələbə bizə çox lazım idi". Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov deyib.

Qurbanov bu oyunda ən çox vərəqələrin çoxluğundan narazı qaldığını bildirib: "Komandada psixoloji gərginlik var idi. Ona görə də bu oyunda qələbə qazanmaq istəyirdik. Buna nail olduğumuz üçün çox şadam.

Bu görüşdə vərəqələrin çox olmasından narazı qaldım. Bilirəm ki, vərəqələrin çoxluğu komandanın son günlər yaşadığı psixoliji gərginliklə əlaqədardır. Bununla belə, bu vərəqələrin sayını azaltmaq lazımdır".