Mehman Allahverdiyev: Hesab oyuna görə oldu
24.09.2011 - 20:56
Mehman Allahverdiyev:  Hesab oyuna görə oldu
“Hesab oyuna görə oldu”. Apasport.az saytının xəbərinə görə, bunu Premyer Liqanın VII turunun “İnter”lə səfər oyunundan sonra “Kəpəz” klubunun baş məşqçisi Mehman Allahverdiyev deyib.
Gəncə təmsilçisinin çalışdırıcısı qolsuz bərabərliklə nəticələnən oyundan sonra fikirlərini açıqlayıb: “Rəqib hər oyun daha yaxşı oynayır. Hər iki komanda bu gün xal itirdi, müxtəlif taktikalarla oynadıq. Olduqca maraqlı görüş alındı. Daha çox əks-hücumlara üstünlük verdik. Qalib gələ bilmədiyimiz üçün təəssüflənirəm”.