Kaxaber Sxadadze “İnter”dən çox rəqib barədə danışdı
24.09.2011 - 21:02
Kaxaber Sxadadze “İnter”dən çox rəqib barədə danışdı
“Kəpəz”in yaxşı hücum potensialı var, komanda çox qol vurur. Bu cür rəqibə qarşı müdafiədə ehiyatlı oynamalı idik”. Apasport.az saytının xəbərinə görə, bunu “İnter”in baş məşqçisi Kaxaber Sxadadze deyib.

Premyer Liqanın VII turunda öz meydanında “Kəpəz”in müqavimətini qıra bilməyən (0:0) “bankirlər”in gürcü çalışdırıcısı oyundan sonra daha çox rəqib haqda danışıb: “Rəqibin hücum xəttində səviyyəli və təcrübəli futbolçuları var. Oyunla bağlı futbolçularıma iradım yoxdur, lakin komandamızda ən böyük problem hücumlarımızda son nöqtəni qoya bilməməyimizdir. Oyunun sonlarına yaxın bir neçə təhlükəli əks-hücum buraxdıq. “Kəpəz”in əvvəlki oyununa baxmışdım, yaxşı təsir bağışlamışdı”.