Premyer Liqa naminə yığmaya vida
25.09.2011 - 11:01
DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Şimali İrlandiya yığmasının kapitanı Aaron Hyuz karyerası ilə bağlı qərarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2 aydan sonra 32 yaşını qeyd edəcək mərkəz yarımmüdafiəçisi yığma karyerasını bitirmək qərarına gəlib.
Hyuz Avro-2012- nin seçmə mərhələsinin son 2 matçından sonra millidə oynamayacağını bildirib. İngiltərənin “Fulhem” klubunda çıxış edən təcrübəli orta sahə oyunçusu artıq DÇ-2014-ə millisinə kömək etməyəcək. O, bunu çıxış etdiyi Premyer Liqaya və klub karyerasına daha çox diqqət ayırmaq istəyi ilə izah edib.

0
0