Gəncədən Mərdəkana 362 dəqiqəyə
25.09.2011 - 12:00
“Qarabağ” klubunun qol həsrətinə son qoyulub. Apasport.az saytının məlumatına görə, Premyer Liqanın VII turunun AZAL-la oyununda 3 dəfə rəqib qapısına yol tapan Ağdam təmsilçisi uğursuz seriyaya son qoyub.
Belə ki, 3:1 hesablı səfər qələbəsindən əvvəlki son 3 qarşılaşmada Qurban Qurbanovun yetirmələri qol vura bilmirdi. “Qarabağ” sonuncu dəfə 34 gün əvvəl III turun “Kəpəz”lə səfər matçında fərqlənmişdi. Avqustun 21-də Gəncədə baş tutan görüşün (2:1) 13-cü dəqiqəsində Rauf Əliyevin vurduğu topdan sonra “Qarabağ” qol görmürdü. 362 qolsuz dəqiqədən sonra AZAL-ın legioneri Bronislav Arsenyeviçin Mərdəkandakı avtoqolu ağdamlılara sevinc gətirdi.

0
0