AZAL “Bakı”ya çatdı: Öz qapısına qol vurmaqda
25.09.2011 - 13:19
AZAL “Bakı”ya çatdı: Öz qapısına qol vurmaqda
Azərbaycan Premyer Liqasının VII turu növbəti avtoqolla əlamətdar olub. Apasport.az saytının məlumatına görə, AZAL-ın serb futbolçusu Bronislav Arsenyeviç “Qarabağ”la qarşılaşmada qapıları səhv salıb.Bu, paytaxt təmsilçisinin ölkə çempionatının güclülər dəstəsində 6-cı belə uğursuzluğudur.

AZAL-ın avtoqolları
2005/06 Usim Nduka
2009/10 Usim Nduka
2009/10 Klaudiano Alveş dos Santos
2009/10 Abdulkader Kamara
2010/11 Ritus Krjauklis
2011/12 Bronislav Arsenyeviç

Bununla da, cəmi 7 mövsümdür güclülər sırasında çıxış edən AZAL Azərbaycan antirekorduna bir az da yaxınlaşıb. “Bakı” və MOİK qədər avtoqol müəllifi olan “təyyarəçilər” indi “Neftçi” və “Qarabağ”dan 2 qol geri qalır.

Çempionatda ən çox avtoqol vuran klublar
Qarabağ (Ağdam) 8
Neftçi (Bakı) 8
Bakı 6
MOİK (Bakı) 6
AZAL (Bakı) 6