“Qarabağ” üçün 4-cü qol
25.09.2011 - 14:41
“Qarabağ” üçün 4-cü qol
Ağdamın “Qarabağ” klubu Azərbaycan çempionatları tarixində 4-cü dəfə avtoqola sevinib. Apasport.az saytının məlumatına görə, VII turun AZAL-la oyununda öz qapısına qol vuran Bronislav Arsenyeviçə qədər 3 rəqib ağdamlılar üçün fərqlənmişdi. Bütün çempionatların iştirakçısı olan “Qarabağ” üçün sonuncu avtoqolu da məhz AZAL futbolçusu vurmuşdu. 6 il əvvəl “Olimpik” adlandığı vaxt komandasının uğursuzu Usim Nduka olmuşdu.

“Qarabağ” üçün avtoqollar
Azər Bəşirov 2000/01 Xəzər Universiteti (Bakı)
Hüseynqulu Quliyev 1997/98 Bakılı
Usim Nduka 2005/06 Olimpik (Bakı)
Bronislav Arsenyeviç 2011/12 AZAL (Bakı)