Ölkə çempionatında qalmaqal
25.09.2011 - 16:19
Futbol üzrə daha bir çempionat matçı yarımçıq dayandırılıb. Apasport.az saytının məlumatına görə, bu dəfə qalmaqal Bosniya və Herseqovina birinciliyində yaşanıb. “Borats” və “Jelezniçar” klubları arasında görüş erkən bitib. Bu matçın 28-ci dəqiqəsində vurulan qoldan sonra yaşanıb. “Borats” azarkeşləri qonaqların qol sevincini həzm etməyərək meydana daxil olublar. Qonaqların azarkeşlərini daşa basan banya-lukalılar matçın sona çatdırılmasına imkan verməyiblər. Polis və təşkilatçılar da fanatların qarşısında acız qalınca matç davam etdirilməyib.
0
0