VİP lojada ölüm
25.09.2011 - 17:31
VİP lojada ölüm
Perunun paytaxtı Limanın “Monumental” stadionunda faciə baş verib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçiləri “Universitario” ilə “Alyansa” arasında görüş (2:1) insan ölümü ilə nəticələnib.

Belə ki, 23 yaşlı azarkeş 30 metr hündürlükdəki VİP lojadan aşağı yıxılaraq ölüb. Məsələ ondadır ki. Meydan sahiblərinin azarkeşləri matçın gedişində VİP lojaya hücum çəkib qarşılarına çıxanı viski və pivə şüşələri vurub, rənglə boyamağa başlayıblar. Qalmaqal zamanı da gənc fanat hündürlükdən yerə yıxılıb. Maraqlıdır ki, münaqişə yerində 1 nəfər də olsa polis olmayıb.