“Azərbaycanın heç bir komandasında AZAL-dakı kimi şərait yoxdur”
26.09.2011 - 09:06
“Azərbaycanın heç bir komandasında AZAL-dakı kimi şərait yoxdur”
AZAL-ın moldovalı futbolçusu Georgi Boqyunun müsahibəsi

- Azərbaycan mətbuatına müsahibənizdə demisiniz ki, yerli çempionat yetərincə güclüdür. O, səviyyəsinə görə Moldova çempionatı yüksəkdir?
- Fikrimcə, Azərbaycan çempionatı Moldovadakından güclüdür.

- Azərbaycan variantı necə yarandı? Bu ölkəyə yollanmaqla bağlı moldovalı futbolçulardan kiminləsə məsləhətləşdinizmi?
- Mənə zəng edib, Azərbaycan klubunda öz gücümü yoxlamağı təklif etdilər. Bu klub mənimlə maraqlanırdı və razılığımı verdim. Getməmişdən öncə heç kimlə məsləhətləşmədim. Çünki agentim tərəfindən yetərincə informasiya almışdım.

- Demək olarmı ki, artıq komandaya və çempionata adaptasiya olunmusunuz?
- Hələ tam adaptasiya olduğumu deyə bilmərəm. Ancaq artıq komanda yoldaşlarımla tədricən anlaşma artır ki, bu, məni çox sevindirir. Buna görə də deyə bilərəm ki, 80 faiz adaptasiya olunmuşam.

- Komandanız haqda biz az danışın. Hər halda, o, digər paytaxt komandaları – “Bakı” və “İnter”in kölgəsində qalır ...
- AZAL çox sanballı komandadır. Onun kölgədə qaldığını deyə bilmərəm. Sadəcə, ardıcıl 2 turdur qələbə qazana bilmirik və bu, üzücüdür. Ötən mövsüm klub Avroliqada oynayıb. AZAL-ın öz stadionu, bazası var. Azərbaycanın heç bir komandasında AZAL-dakı kimi yaşamaq və qidalanmaq şəraiti yoxdur.

- Sentyabrın əvvəlində belə informasiya yarandı ki, siz zəhərlənərək, bir neçə günlüyə sıradan çıxmısınız. Bu, belədir?
- Yox. Bu informasiya həqiqətəuyğun deyil.

- Siz yığmadan Avro-2012-in seçmə mərhələsində son oyunlarında dəvət gözləyirsiniz? Məşqçilər korpusu ilə əlaqəniz var?
- Əgər yığmaya çağırılsam, çox şad olacağam. Axı hər bir futbolçu öz ölkəsinin yığmasında oynamaq istərdi. Ancaq məşqçilər korpusu ilə hələ danışmamışam.

Mənbə: moldfootball.com