Milli komandanın futbolçusu həlak oldu
26.09.2011 - 09:57
Milli komandanın futbolçusu həlak oldu
Birləşmiş Ərəb Əmirlikləri yığmasının futbolçusu Teyab Avana həlak olub. Apasport.az saytının məlumatına görə, 21 yaşlı yarımmüdafiəçi avtomobil qəzasında dünyasını dəyişib. İdarə etdiyi avtomobillə millinin düşərgəsindən qayıdan Teyab yük maşını ilə toqquşub. Maşında onun qardaşı da olub və hazırda xəstəxanada ağır vəziyyətdədir.

Qeyd edək ki, Avana ölkəsində ən istedadlı gənc futbolçulardan biri sayılırdı.