Xavi “Xəzər Lənkəran”ın futbolçusundan danışdı
26.09.2011 - 10:42
Xavi “Xəzər Lənkəran”ın futbolçusundan danışdı
“Barselona”nın kapitanı Xavi Ernandes “Xəzər Lənkəran”ın futbolçusu Mario Rosasa qiymət verib. Apasport.az saytının məlumatına görə, İspaniya yığmasının da aparıcı futbolçusu olan 31 yaşlı yarımmüdafiəçi keçmiş komanda yoldaşını xatırlayıb.

Xavi İspaniya mətbuatına açıqlamasında “Barselona”ın uşaq futbol məktəbində birgə təhsil aldığı həmyerlisini yaxşı futbolçu sayır. Onun sözlərinə görə, Mario Kataloniya təmsilçisinin aşağı yaş qruplarının heyətində beynəlxalq oyunlarda özünü ən yaxşı tərəfdən göstərib: “Rosas bizim nəsildə İvan de la Penya ilə birgə ən yaxşı futbolçulardan biri idi. Onu İvandan güclü sayıram. Rosas karyeramda gördüyüm ən yaxşı futbolçulardan biri olub”.

Qeyd edək ki, Mario futbolda ilk addımlarını yetirməsi olduğu “Barselona”da atıb. O, 1997-2000-ci illərdə üzvü olduğu bu komandanın 2-ci komandasında 103 (31 qol), əsas komandasında 1 oyun keçirib. 31 yaşlı yarımmüdafiəçi mövsümlərarası fasilədə “Xəzər Lənkəran”a keçib.