“Neftçi” çempiondan xal aldı
26.09.2011 - 13:09
“Neftçi” çempiondan xal aldı
Futzal üzrə Azərbaycan çempionatının yüksək liqasında 3-cü turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, son mövsümlərin dəyişməz çempionu “Araz” xal itkisi ilə üzləşib. Joze Alessio da Silvanın yetirmələri titul uğrunda əsas rəqiblərindən sayılan “Neftçi”ni məğlub edə bilməyib – 4:4. Digər iddialı “Ekol” isə “Azecolab”a “2”lər verib – 22:2. PSL-in “Qarabağ veteranları”na 4:5 hesabı ilə uduzduğu turda “Qala” “Rəvan”dan üstün olub - 9:5.

Mənbə: affa.az