“AZAL “altılığ”a düşə bilər” - MÜSAHİBƏ
26.09.2011 - 14:00
AZAL futbol klubunun sabiq baş məşqçisi Nazim Süleymanovun apasport.az saytına müsahibəsi
- Bir müddət ölkədə olmadınız. İstirahətiniz niyə bu qədər uzun çəkdi?
- AZAL-dan ayrıldıqdan sonra ailəmi də götürüb, Soçiyə getdim. Çox yorulmamışdım, heç istirahətə də ehtiyacım yox idi. Odur ki, bu, adi səfər idi. Təqribən iki ay Rusiyada oldum. İşim-gücüm olsaydı, tez qayıdardım. Tez gəlib, nə edəcəkdim?
- Soçidə çox qalmağınız bir qədər təəccüb doğurdu. Hər halda, ehtimal olundu ki, Rusiyada işləyəcəksiniz...
- Yox, belə bir dəvət yox idi. Bəlkə də, kimsə mənim barədə düşünür. Artıq uzun zaman keçib. Telefon nömrələri dəyişib. 2 ay ərzində isə əlaqələri tam bərpa etmək mümkün deyil.
- Rusiyada kifayət qədər tanınırsınız. Maraqlıdır, tanıyanlar sizdən nə soruşdular?
- Soçidə olanda vaxtilə birgə çıxış etdiyim bəzi futbolçuları gördüm, onlarla söhbətləşdik. Soruşurdular ki, “Nazim neynirsən, nə işlə məşğulsan?” Mən də olanları başa saldım. Dedim ki, hər şey yaxşı olacaq.
- AZAL-dan ayrıldıqdan sonra bu və digər səpkili hər hansı dəvət almısınız?
- Xeyr. Əgər olsa, bunu gizlətmərəm. İşləmək mümkündür, ancaq dəvət olan halda.
- Son işinizdən ayrıldıqdan sonra dediniz ki, bir müddət işləməyəcəyəm. İndi hansı fikirdəsiniz?
- İndi işləmək istəyirəm. Təklif olsa, günü sabah başlayaram. Mən yorulmamışam.
- Rusiyada Azərbaycan çempionatını izləmək imkanınız olurdu?
- Əlbəttə. Rusiyada futbol oynayanda bir qədər informasiya problemi var idi. Amma sonradan elm-texnika inkişaf etdi. İndi dünyanın hər yerindən tez bir zamanda xəbər tutmaq mümkündür. Azərbaycan çempionatını televiziya vasitəsi ilə izləyir, internet vasitəsilə tanış olurdum.
- Çempionata kənardan baxanda necə görünür?
- Çempionat yeni başlayıb. Deyərdim ki, komandalarda hələ də uyğunlaşma prosesi gedir. İnanıram ki, oyundan-oyuna komandalar daha yaxşı təsir bağışlayacaqlar.
- 7 turdan sonra iddialı və zəif komandaları müəyyənləşdirmək olar?
- Nəsə demək çətindir. Çünki komandalar arasında ciddi fərq qalmayıb. Hər bir komanda meydana qələbə qazanmaq əzmi ilə çıxır. Amma indidən demək olar ki, bu komandalardan 7-8-i ilk “altılıq” uğrunda mübarizə aparacaq. Həmin komandalar pis mübarizə aparmırlar.
- Maraqlıdır, həmin komandalar arasında AZAL da varmı?
- Niyə də olmasın? Təbii ki, AZAL da “altılığ”a düşə bilər. Hələ 7 tur arxada qalıb, indidən konkret danışmaq olmaz. Çünki mübarizə hələ qabaqdadır. Düzdür, AZAL bəzi oyunlarda xallar itirilib. Ola bilsin ki, bunun müəyyən qədər təsiri olsun. Həmin komandalar ilk növbədə “altılığ”a düşmək, ardından isə çempionluq və medallar uğrunda mübarizə aparacaqlar.
- Bu gün Azərbaycanda Berti Foqtsun məsələsi müzakirə olunur. Yığma ilə müqavilə müddəti başa çatmaqda olan mütəxəssisin getməsini, yoxsa qalmasını istəyirsiniz?
- Mən bu barədə danışsam, nə dəyişəcək?
- Hər halda, millinin keçmiş kapitanısınız və yığmaya rəhbərlik etmisiniz. Bu mənada fikirləriniz maraqlıdır...
- Yığma üçün nəsə etmişəm deyə, hər dəfə bu komanda haqqında danışa bilmərəm. Foqtsun gedib-qalacağına AFFA rəhbərliyi qərar verəcək. Əgər mənim deməyimlə nəsə həll olunacaqsa, onda Foqts barədə fikir bildirərəm. İndiki vəziyyətdə Foqts məsələsi bizlik deyil.

0
0