Robertas Poşkus üçün 4-cü şans
26.09.2011 - 14:25
Robertas Poşkus üçün 4-cü şans
"Simurq" klubunun futbolçusu Robertas Poşkus Litva milli komandasının heyətinə çağırılıb. Apasport.az saytının məlumatına görə, təcrübəli hücumçu Avro-2012-nin seçmə mərhələsinin son matçında oynamaq imkanı qazanıb. O, İ qrupunda baş tutacaq Çexiya ilə görüşə dəvət olunub.

Qeyd edək ki, Robertas Avro-2012-nin 3 oyununda iştirak edib. Şotlandiya ilə (0:0) ev, Çexya (1:0) və İspaniya (1:3) ilə səfər matçlarında forma geyən hücumçu hər 3 görüşü 2010-cu ildə, hələ “İnter”in üzvü olarkən keçirib. O, bu qarşılaşmalarda üst-üstə 53 dəqiqə meydanda olub.