“Turan”da yeni baş məşqçi!
26.09.2011 - 14:44
Maliyyə problemini yoluna qoymağa çalışan “Turan”da yeni baş məşqçi erası başlaya bilər. Apasport.az saytının xəbərinə görə, ötən mövsüm əvəzedici komandalar arasında təşkil edilən ölkə çempionatında gümüş medal qazanan Tovuz təmsilçisi cari birincilikdə hələ də baş məşqçisiz qalıb.
Belə ki, Rasim Əliyevin “Neftçala”nın, Nizami Ocaqverdiyevin isə “Simurq”un əvəzedici komandasının baş məşqçisi təyin edilməsindən sonra “Turan”ın “ikincilər”ini oyunlara məşqçi kimi komandanın kapitanı Fərman Kərimov çıxarırdı. Ancaq klub rəhbərliyinin göstərişi ilə bir vaxtlar əsas komandada Sakit Alıyevin, daha sonra Revaz Dzodzuaşvilinin köməkçisi işləmiş Elxan Abdıyev əvəzedici komandanın baş məşqçisi təyin ediləcək.
Qeyd edək ki, Abdıyev hazırda “Turan”da məşqçi kimi fəaliyyət göstərir.

0
0