2040 gün sonra: Yenə 3 qol, yenə avtoqol
26.09.2011 - 15:19
“Qarabağ” və AZAL arasında qarşılaşmalarda ardıcıl 2-ci dəfə eyni hesab qeydə alınıb. Apasport.az saytının məlumatına görə, ötən mövsümün son turunda 3:1 hesabı ilə qalib gələn “təyyarəçilər” bu dəfə eyni hesabla uduzub.
Bununla da, “Qarabağ” uzun fasilədən sonra paytaxt təmsilçisinin qapısına 3 qol vurmağı bacarıb. Ağdamlılar sonuncu dəfə buna 2005/06 mövsümündə nail olmuşdu. 2006-cı il fevralın 22-də keçirilən görüşdə onlar Suraxanıda hələ “Olimpik” adlanan rəqibini 3:2 hesabı ilə üstələmişdi.
5 il 7 aydan, daha dəqiqi 2040 gündən sonra qazanılan qələbə zamanı “Qarabağ”ın qollarından birini Bronislav Arsenyeviç öz qapısına vurub. Maraqlıdır ki, elə Suraxanıda da “Qarabağ”ın qollarından biri rəqibin hesabına yazılmışdı. Onda Usim Nduka fərqlənmişdi.

0
0