Ufuk Budak qovuldu
26.09.2011 - 15:14
Ufuk Budak qovuldu
Azərbaycan yığmasının futbolçusu Ufuk Budak Almaniya çempionatında növbəti görüşünə çıxıb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı sol cinah oyunçusu “Frayburq II”nin heyətində Cənub Regionalliqanın 9-cu turunda “Qrobaspak”la görüşün iştirakçısı olub.

Ufuk 61-ci dəqiqədə komanda yoldaşını əvəzləyərək, meydana daxil olub. Lakin yığmamızın üzvü cəmi 14 dəqiqə oynamaq imkanı qazanıb.

Belə ki, 75-ci dəqiqədə cərimə meydanında kobudluq edərək həm penalti, həm də qırmızı vərəqə qazanıb. Bununla, “Frayburq II” 1:3 hesabı ilə uduzduğu qarşılaşmada 2 penalti və 2 qırmızı vərəqə ilə cəzalanıb.

Qeyd edək ki, 9 turdan sonra hesabında 10 xal olan Ufukun komandası 18 iştirakçı arasında 12-ci pillədə qərarlaşıb.