Səmədova məsləhət verdilər: İndi Azərbaycanı unutmaq olar
26.09.2011 - 16:01
Aleksandr Səmədovun Rusiya millisinə çağırılması ətrafında müzakirələr davam edir. Apasport.az saytının məlumatına görə, Rusiya mətbuatı Moskva “Dinamo”sunda oynayan 27 yaşlı sağ cinah yarımmüdafiəçisinin hərəkətini yüksək qiymətləndirir.
Yığmasının baş məşqçisi Dik Advokatın Səmədovu Avro-2012-in seçmə mərhələsində Slovakiya və Andorra yığmaları ilə rəsmi oyunlara dəvət göndərməsinə şərh verən rus həmkarımız soydaşımızın səbr etməyinə həsəd aparır.
Onun fikrincə, Aleksandrın hərəkəti alqışa layiqdir: “Səmədovun Rusiya yığmasına çağırılmağı onun Azərbaycan millisində oynamağa getməyi ilə bağlı söhbətlərə son qoymalıdır. Aleksandrın atası azərbaycanlıdır, ona görə yarımmüdafiəçini çoxdan və təkidlə Qafqaz respublikasının milli komandasına çağırırlar. Səmədov indiyə kimi bundan imtina etsə də, bunu elə də inamla etmirdi. Axı Rusiya yığmasına ona elə də diqqət yetirmirdilər. İndi isə onun öz ölkəsində oynamaqla bağlı ürəksiz ümidi reallığa çevirmək imkanı var və Azərbaycanı unutmaq olar. Hərçənd futbolçunun kişiliyini qiymətləndirmək lazımdır. Səmədov milli komandaya dəvətə görə 27 yaşa kimi gözləyə bildi”.

0
0