Elxan Məmmədov milli komandamızla görüşdü
26.09.2011 - 16:56
Elxan Məmmədov milli komandamızla görüşdü
AFFA-nın baş katibi Elxan Məmmədov 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının (U-19) üzvləri ilə görüşüb. Apasport.az saytının məlumatına görə, Məmmədov AFFA-nın Futbol Akademiyasındakı görüşdə Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacaq yığmamızın üzvlərinə assosiasiya rəhbərliyi adından uğurlar arzulayıb.

Yığmamızın baş məşqçisi Vəli Qasımov və yığmanın bir neçə üzvü komandaya yaradılan yüksək səviyyəli şəraitlə bağlı AFFA rəhbərliyinə minnətdarlığını bildiriblər.

Qeyd edək ki, oktyabrın 6-dan 11-dək İsveçdə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində iştirak edəcək yığmamız III qrupda İtaliya, Rumıniya və İsveç komandası ilə mübarizə aparacaq.