Aleksandr Səmədovu yığmamıza erməni məmur buraxmayıb...
26.09.2011 - 17:24
Aleksandr Səmədovun Rusiya yığmasına çağırılmağı birmənalı qarşılanmır. Apasport.az saytının məlumatına görə, Moskva “Dinamo”sunun 27 yaşlı sağ cinah yarımmüdafiəçisi millidə oynamağa layiq olduğunu xeyli vaxtdır sübut etsə də, yığmanın məşqçilərinin diqqətindən kənarda qalırdı.
Diqqətli oxucularımız bir müddət əvvəl AFFA-nın baş katibi Elxan Məmmədovun Səmədovla görüşdüyünü xatırlayırlar. Görüşün detalları barədə geniş açıqlamalar verilməsə də, məhz bu görüşdən bir qədər sonra Rusiya millisinin baş məşqçisi Dik Advokat soydaşımızı rəhbərlik etdiyi komandanın heyətinə dəvət etməyi maraqlı məqamdır.
Hadisələrin belə axarı və bir-biri ilə nə dərəcədə əlaqəli olduğunu müəyyənləşdirmək üçün əlaqə saxladığımız baş katib də marağını gizlətmədi: “Bəli, bir müddət əvvəl, daha dəqiq desək, avqustun 22-də Moskvada Aleksandr Səmədovla görüşüm olub və futbolla bağlı bir çox məsələlər barədə müzakirələr aparmışıq. Çox maraqlıdır ki, məhz bizim görüşümüzdən sonra Azərbaycan əsilli futbolçu Rusiya millisinin rəhbərliyinin diqqətini cəlb edib və o, komandanın heyətinə cəlb olunub”.
Doğrudan da, necə oldu ki, Səmədov dəvətə uzun müddət layiq olsa da, neçə vaxtdır yox, məhz indi, Məmmədovun görüşündən sonra çağırıldı? Bu işdə Rusiya Futbol İttifaqının (RFİ) vitse-prezidenti, milliyətcə erməni olan Nikita Simonyanın “barmağının” olduğunu təxmin etmək olar.
Onun əslən Azərbaycandan olan futbolçuların yığmamızda oynamağı “həzm etmədiyini” söyləyə bilərik. Simonyan nəinki Səmədov, Rusiya Premyer Liqasında çıxış edən digər həmyerlimiz Emin Mahmudova da (“Spartak”, Moskva) Rusiya yığmasında oynamağı məsləhət verdiyini mətbuata rəsmən açıqlayıb. AFFA-nın baş katibinin həm Səmədov, həm də Mahmudovla görüşmək üçün Moskvaya yollanmağından sonra şimal qonşularımız əl-ayağa düşərək, bu futbolçuları itirməkdən qorxublar. Bu zaman RFİ Rusiya yığmasının baş məşqçisi Dik Advokata Səmədovu Avro-2012-in seçmə mərhələsində son rəsmi oyunlara çağırmağı tapşıra, hətta bununla bağlı təyziq edə bilər.
Düzdür, Advokat bununla razılaşmayaraq, Aleksandrı daha çox məcburiyyətdən, Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Dmitri Torbinski uzun müddət zədə üzündən oynamadığı üçün çağırdığını açıqlasa da, bu, daha “gözdən pərdə asmağa” bənzəyir. Ruslar Səmədovu rəsmi oyunda 1 dəqiqə olsun meydana buraxandan sonra onu özlərinə birdəfəlik “bağlayacaqlar”. Axı bu halda, futbolçu başqa ölkə, tarixi vətəninin yığmasında oynaya bilməyəcək.
Bu zaman Simonyan da rahatlaşacaq. Səmədovun özünün Azərbaycan yığmasında oynamaq istəməməyi isə artıq başqa məsələdir.

0
0