“Reykyavik” Azərbaycan çempionuna potensial rəqib oldu
26.09.2011 - 17:31
“Reykyavik” Azərbaycan çempionuna potensial rəqib oldu
Avropada daha bir ölkə çempionunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Reykyavik” futbol klubu 25-ci dəfə çempionluğu qazanıb.

Bununla, avqustun ortasında ölkə kuboku qazanan komanda finişə 1 tur qalmış mövsümü “qızıl dubl”la başa vurduğunu rəsmiləşdirib. Özü də “Reykyavik” mövsümdə 13 qələbə qazanıb, 7 heç-heçə edib və cəmi 1 dəfə uduzmaqla yeni rekord müəyyənləşdirib.

Qeyd edək ki, İslandiya çempionu gələn yay Çempionlar Liqasının II təsnifat mərhələsində mübarizəyə başlayacaq və təmsilçimizin potensial rəqibi olacaq.