Vaqif Sadıqov: Uğursuzluğu unutmalıyıq
27.09.2011 - 08:42
“Düşünürəm ki, indi heç bir bəhanə bizə haqq qazandırmaz. Biz komandanı vacib olan qələbəyə köklədiyimizdən bu bizə sərf etmir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib.
Rusiyanın “Anji” klubunda məşqçi işləyən həmyerlimiz Premyer Liqanın “Terek”lə oyunu (2:2) haqda fikirlərini açıqlayıb: “Bu futboldur, nə etmək olar. İndi özümüzə gəlib, uğursuzluğu unutmağa çalışacağıq. Səhvlərimizdən nəticə çıxarıb “Lokomotiv”lə çətin oyuna hazırlaşmalıyıq. İstəyirəm ki, bizə bu vəziyyətdə dəstək olasınız”.
Qeyd edək ki, “Anji”nin baş məşqçisi Hacı Hacıyev cəzalı olduğundan komandanı meydana Sadıqov çıxarıb.

0
0