“Xəzər Lənkəran”: Növbəti rekorda doğru daha 1 addım
27.09.2011 - 08:48
“Xəzər Lənkəran” Azərbaycan çempionatındakı məğlubiyyətsiz oyunlar seriyasını Premyer Liqanın VII turunda da davam etdirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə məğlub edən Mirça Rednikin yetirmələri bu uğurlu seriyanı 16-ya çatdrıb.
Sonuncu dəfə ötən mövsümün 23-cü, “altılığ”ın 1-cu turunun martın 13-dəki ilk matçında səfərdə AZAL-a 0:1 hesabı ilə uduzan “Xəzər Lənkəran” o vaxtdan meydanı xalsız tərk etmir. Ötən mövsümün son 9 qarşılaşmasında 2 qələbə qazanıb 7 heç-heçə etməklə məğlubedilməzə çevrilmişdi. Komanda cari mövsümün ilk 7 matçında 6 qələbə qazanıb 1 heç-heçə etməklə seriyanı 16 matça çatdırıb. Məğlubiyyətsiz 16 oyunda cənub təmsilçisi 8 qələbə qazanaraq 8 heç-heçə edib. Bu matçlarda 23 top vuran “Xəzər Lənkəran” cəmi 9 dəfə qapısında qol görüb.
Bu, komandamızın tarixində çempionatlardakı 3-cü nəticədir. Hesabında 1 dəfə 21, 1 dəfə 19 oyunluq məğlubiyyətsiz seriyası olan “Xəzər Lənkəran” 2007-ci ildə gerçəkləşən mütləq rekordunun 5 addımlığındadır.

0
0