Uğurlu seriyaya davam
27.09.2011 - 09:00
Azərbaycan milli komandasının sabiq futbolçusu Emin Ağayevin baş məşqçisi olduğu “Daqdizel” klubu Rusiya çempionatında növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Kaspiysk təmsilçisi II divizionun Cənub zonasında 21-ci matçına çıxıb.
“Kavkaztransqaz-2005”in qonağı olan Ağayevin komandası matçda vurulan yeganə qolla səfər qələbəsini bayram edib – 1:0. Mövsümün startında uğursuz çıxış edən kaspiysklilər son oyunlardakı uğurlu seriyasını davam etdirir. Azərbaycanlı məşqçinin komandası artıq 6 oyundur ki, qol buraxmır və bu matçlarda 14 xal qazanıb. Ardıcıl 3-cü qələbəsini qazanan “Daqdizel” 8 oyundur ki, ümumiyyətlə məğlub olmur.
Qeyd edək ki, hesabında 32 xal olan “Daqdizel” 18 komanda arasında 7-ci yerdə qərarlaşıb. Hərçənd liderdən 15 xal geri qalan Kaspiysk təmsilçisi mövsümün əvvəllərində son pillələrdə qərarlaşmışdı.

0
0