“Topaz+” müsabiqəsinin ilk qaliblərinin adları açıqlandı
27.09.2011 - 09:49
“Topaz+” müsabiqəsinin ilk qaliblərinin adları açıqlandı
“Topaz+” müsabiqəsində ilk 5 qalibin adı artıq məlumdur. Apasport.az saytının məlumatına görə, bunlar 1973-cü il təvəllüdlü Səlimov Murad Firdovsi oğlu, 1986-cı il təvəllüdlü Cəlalov Rəşad Səlim oğlu, 1988-ci il təvəllüdlü Məmmədov Nəriman Muxtar oğlu, 1991-ci il təvəllüdlü Şükürov Pərviz Barat oğlu və 1992-ci il təvəllüdlü İsmayılov Elnur Surxay oğludur.
Hər qalib hədiyyə olaraq, oktyabrın 7-də “Dalğa Arena” stadionunda keçiriləcək Avro-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Avstriya oyununa 2 pulsuz VİP bilet əldə edib.

Qeyd edək ki, 23 sentyabr – 4 oktyabr tarixləri arasında keçirilən müsabiqədə 18 yaşından yuxarı şəxslər iştirak edə bilərlər.

Müsabiqədə olan futbol haqqında 8 sual hər çərşənbə axşamı və cümə günü, saat 12:00-dan sonra www.topaz.az saytında yerləşdirilir və məhz bu gün də ötən həftənin qalibləri müəyyən olunur. Ətraflı məlumat üçün www.topaz.az saytına daxil ola və ya (012) 499 76 17 nömrəsinə zəng edə bilərsiniz.

TƏLƏSİN! NÖVBƏTİ SİZ OLA BİLƏRSİNİZ!