AFFA gizlinləri üzə çıxarır
27.09.2011 - 10:32
Bu gündən etibarən www.affatv.az saytında futbol həvəskarları üçün maraqlı videomaterialların nümayişi başlayacaq. Apasport.az-ın məlumatına görə, Azərbaycan futbolunun tarixini, milli komandamızın müxtəlif turnirlər çərçivəsində keçirdiyi oyunları, AFFA-nın təşkil etdiyi ayrı-ayrı tədbirləri özündə əks etdirən videomaterialları hər gün saat 15:00-dan etibarən izləmək mümkün olacaq.
Qeyd edək ki, həmin videomaterialların bəzisi indiyə qədər heç vaxt nümayiş etdirilməyib. Bu gün əvvəlcə Azərbaycan futbolunun tarixini əks etdirən videomaterialla, sonra isə futbolumuzun 100 illiyi ilə bağlı keçirilən tədbirdən hazırlanmış verilişlə tanış ola bilərsiniz.

0
0