“Azərbaycanla eyni səbətdə yer almaq xoş deyil”
27.09.2011 - 14:12
“DÇ-2014-ün püşkatmasında Bolqarıstan millisinin Azərbaycan və Gürcüstan kimi yığmalarla bir səbətdə yer alması heç də xoş deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bolqarıstan millisinin məşhur futbolçusu Valeri Bojinov deyib.
Artıq yığmadan qovulan baş məşqçi Lotar Matteusla qalmaqalı yaşadığından bir müddət millidən kənarda qalan futbolçu bildirib ki, komandadakı problemlərin həll olunacaq. O, bu böhran üzündən geriləyib DÇ-2014-ün püşkü zamanı 4-cü səbətə düşməklərinə, yığmamızın da yer aldığı 5-cinin astanasında olmalarına məyus olduğunu, lakin gələcəyə nikbin baxdığını da gizlətməyib: “Lakin bunun günahkarı, bizik. Allah eləməsin ki, bundan da aşağı səbətə düşək. Ümid edirəm ki, milli naminə birləşib qarşıdakı oyunlarda qazanacağımız qələbələrlə vəziyyəti düzəldəcəyik”.

0
0