Sissi Rayt: Azərbaycanda futbol istedadı tükənib
27.09.2011 - 19:00
Sissi Rayt: Azərbaycanda futbol istedadı tükənib
“Biz böyük problemlə üzləşmişik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millsinin baş məşqçisi Sissi Rayt deyib.

Almaniyalı mütəxəssis 4 həmyerlisinin milliləşərək, yığmamıza cəlb olunmasının səbəbini açıqlayıb: “Bir neçə futbolçu yığmadan kənarlaşdırıldı. Onda gördük ki, Azərbaycanda futbol istedadı tükənib. Belə vəziyyətdə bir ideya yarandı. Azərbaycandan kənarda yaşayan, kökləri bu ölkəyə bağlı futbolçuları tapmağa qərar verdik. Seleksiyaçılarımız da həmin vaxtdan kəşfiyyata çıxıb, axtarışlara başladı”.

Qeyd edək ki, Almaniyanın “Türkiyemspor” klubunda çıxış edən Melis Sarıaltın, Lara-Meltem Vaqner və Vivien Eda Hillebrand, həmçinin Sinem Solmaz, yığmamıza cəlb olunub, Süheyla İlter isə milliyə namizəddir.