“Azarkeşlər hələ əsl Rosası görməyiblər”
28.09.2011 - 09:15
“Xəzər Lənkəran” klubunun ispaniyalı futbolçusu Mario Rosasın apasport.az saytına müsahibəsi
- 1 aydan çoxdur ki, Azərbaycandasınız. Ölkəmiz haqda hansı təəssüratlarınız yaranıb?
- Təəssüratlarım çox yaxşıdır. İspaniyalılar bir az fərqlidirlər, hər şeyə fərqli yanaşırlar. Gəlməzdən öncə ölkəniz haqda fikirləşirdim. Bilirdim ki, balaca ölkədir. Lakin gözlədiyimdən yaxşısını gördüm. Paytaxtınız çox gözəldir. Oynadığım komanda da güclüdür. Azarkeşləri də kifayət qədər çoxdur.
- “Xəzər Lənkəran”ı əvvəllər oynadığınız hansı komandaya bənzətmək olar?
- Bəlkə də bu müqayisəni başqa cür başa düşə bilərlər. Lakin İspaniya və Azərbaycan futbol tarixinə görə fərqlənirlər. “Barselona” və “Xəzər Lənkəran” öz ölkələrində ən güclüdürlər. Ona görə də .
- Azərbaycan Premyer Liqasını vaxtilə oynadığınız İspaniya Liqalarından hansı ilə bərabər tutmaq olar?
- Azərbaycan Premyer Liqası kənardan göründüyü qədər zəif deyil. İspaniyanın 2-ci divizionu ilə müqayisə etmək olar.
- Hazırda komandanız çempionatın lideridir. Sizcə, Azərbaycan çempionatının lideri İspaniyanın hansı liqasında və neçənci yerlərə iddia edə bilər?
- “Xəzər Lənkəran” da, Azərbaycanın digər 1-2 yaxşı komandası da İspaniyanın 2-ci divizionunda normal çıxış edə bilər. Lakin digərlərindən fərqli, “Xəzər Lənkəran” Primerada da oynamaq iqtidarındadır. Lakin orda qalmaq üçün mübarizə aparar.
- Sizin gəlişinizdən sonra komandanız 4 oyun keçirib. Bunların 2-də oynasanız da, əsas heyətdə möhkəmlənə bilmirsiniz. Bu nə ilə əlaqədardır?
- Bu sual məni də düşündürür. Əvvəl keçidim bir az yubandı, danışıqlar uzun çəkdi. Bir həftə məşq edib, sonra zədələndim. Oynadığım oyunlara da zədəli-zədəli çıxdım. Hələ tam sağalmamışam. Azarkeşlər əsl Rosasın nəyə qadir olduğunu görməyiblər. Ümid edirəm ki, zədəmi sağaldıb, bacarığımı göstərəcəyəm.
- Azərbaycanda böyük maraq doğuran “Böyük oyun”u kənardan izlədiniz. Heyətə düşmədiyiniz matç haqda nə düşünürsünüz?
- Bu oyunu kənardan izlədim. Çox xoşuma gəldi, xüsusilə də azarkeşlər. Oyunda isə gördüm ki, “Xəzər Lənkəran” “Neftçi”dən üstündür.
- Bu matç “El klassiko” ilə müqayisəyə gələrmi?
- Hər ölkənin öz vacib oyunu olur. Azərbaycan və İspaniyanın futbol tarixi, ənənələri arasında fərq var. “Real” – “Barselona” matçı futbolun maksimum səviyyəsidir.
- Vaxtilə “Barselona”da birgə oynadığınız Xavi sizin haqda xoş fikirlər səsləndirib. Yəqin bundan xəbəriniz var...
- Əlbəttə, xəbərim var.
- Xavi deyib ki, Rosas indiyədək gördüyüm ən yaxşı futbolçulardan biridir. Hətta sizi məşhur İvan de la Penyadan üstün sayıb. Bəs bu potensialın istifadə olunmamağı nə ilə bağlıdır?
- İndi “Barselona”nın aşağı yaş qrupundan gələn futbolçular üçün daha asandır. Klubun bütün komandaları eyni üslubda məşq edib, oynayırlar. Əsas heyətə yeni düşən oyunçu üçün uyğunlaşmaq problem olmur. Amma bizim vaxtımızda belə deyildi. Xavinin də ciddi problemləri olub, çətin dönəm yaşayıb. Bunlara sinə gərib, komandada qalıb. Mən isə “Alaves”dən aldığım təklifi dəyərləndirdim. Həmin vaxt bu klub UEFA kubokunun finalçısı olmuşdu. Lakin onların oyun üslubu “Barselona”dakından tam fərqli idi. Mən də buna uyğunlaşa bilmədim.
- Ölkəmizə gələndən sonra sabiq komanda yoldaşlarınızdan Xavi, Puyol və ya başqası sizinlə əlaqə saxlayıb, ölkəmizlə maraqlanıb?
- Valdes, Xavi və Puyolla uşaqlığımız bir yerdə keçib. Lakin daha yaxın münasibətlərim Xavi ilədir. Lənkərana transfer olunandan sonra 1-2 dəfə zəngləşib danışmışıq.
- Azərbaycana gələn ilk ispaniyalı kimi tarixə düşmüsünüz. Həmyerlilərinizdən kimisə yanınıza gəlmək istəsə, nə məsləhət görərdiniz?
- Deyərdim ki, tərəddüdsüz təklifi qəbul etsinlər. Bunun üçün fikirləşməyə ehtiyac yoxdur.
- “Barselona”nın çıxışını yaxından izləyirsiniz?
- Təbii ki, izləyirəm.
- Bu komandanın sirri nədədir?
- Bayaq dediyim kimi, bu klubun bütün komandaları neçə vaxtdır eyni üslubda oynayırlar. Aşağı yaş qruplarında iş düzgün qurulub. Daim istedadlar yetişərək, çətinlik çəkmədən əsas komandaya uyğunlaşırlar.
- Çoxları Messini bu komandanın yarısı sayır. Bu fikirlə razısınız?
- Klublar ayrı-ayrı futbolçulardan yüksəkdə durur. Messi olmasaydı da, “Barselona” ən güclülərdən biri olardı. Lakin Messi ilə ən güclüdür.
- Messi bu komandada oynamasa, indiki kimi qarşısıalınmaz olarmı?
- Təbii ki, Messini “Barselona”dan, Ronaldonu “Real”dan ayırsan, zəifləyərlər. Lakin onlarsız da “Barselona” və “Real” böyük klubdur. Etiraf edim ki, “Barselona” seleksiyaçıları məni tapanadək, “Real”ın azarkeşi idim.
- Messinin Barselonaya gəldiyi vaxtları xatırlayırsınız. Onda o uşaq idi. Həmin avxtlar xatirənzidə necə qalıb? Lionel digər həmyaşıdlarından nə dərəcədə fərqlənirdi?
- Əslində, mənim gedişimlə Messinin gəlişi üst-üstə düşdü. Bu səbəbdən onu xatırlamıram. Yalnız komanda yoldaşlarımdan eşidirdim ki, “Barselona”ya balaca istedad gəlib.
- “Xəzər Lənkəran”la “Barselona” üz-üzə gəlsə, hansı hesab qeydə alınar?
- “Barselona” “Osasuna”ya 8 qol vurur. Son turda isə güclü “Atletiko”nu 5 qolla məyus edir. “Xəzər Lənkəran”la oyunun necə olacağı haqda isə danışa bilmərəm.

0
0